“Yuventus” isveçli yarımmüdafiəçi ilə müqavilə imzalayacaq

“Yuventus” isveçli yarımmüdafiəçi ilə müqavilə imzalayacaq
# 02 yanvar 2020 12:40 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu heyətini gücləndirir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi bu gün Deyan Kulusevski ilə müqavilə imzalayacaq.

A seriyasının digər klubu “Atalanta”dan transfer olunan yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra 4,5 illik anlaşmaya imza atacaq. Artıq iki klub arasında transferin məbləği də razılaşdırılıb. “Yuventus” yeni oyunçusu üçün 35 milyon avro ödəyəcək. Bonuslar hesabına bu rəqəmin artması da istisna deyil.

Qeyd edək ki, İsveç yığmasında ötən il debüt edən D.Kulusevski cari mövsümün ilk yarısını icarə əsasında “Parma”da keçirib. O, A seriyasının 17 oyununda 4 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR